SON DƏQİQƏ

23:37 - Müdafiə Nazirliyi açıqlama yayıb

23:15 - Hulusi Akar Yunanıstana xəbərdarlıq edib: "Ağlınızı başınıza yığın!"

23:02 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüblər-FOTO

22:55 - Türkiyə Silahlı Qüvvələri Suriyada 5 terrorçunu zərərsizləşdirib

22:33 - Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub-FOTO, YENİLƏNİB

22:16 - İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

21:55 - İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub - FOTO, YENİLƏNİB

21:50 - “Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub - FOTO, YENİLƏNİB

21:31 - Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - FOTO, YENİLƏNİB

21:12 - Dünya Bankının regional direktoru Azərbaycana gələcək

20:35 - Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub-FOTO, YENİLƏNİB

20:30 - Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanışlıq - FOTO, YENİLƏNİB

20:21 - Türkiyənin Suriya və İraqda keçirdiyi son əməliyyatlarda 491 terrorçu öldürülüb

20:00 - Gənclər üçün müxtəlif mövzulu təlimlər-FOTO

19:53 - “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib - FOTO, YENİLƏNİB

naxcivanxeberleri.com

Azərbaycan lideri: "Azad edilmiş ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq"

Azərbaycan lideri: "Azad edilmiş ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq"
1-10-2022, 11:24

"Biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq".

NAXCİVANXEBERLERİ.COM məlumat  verir ki, bu fikir Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı iki ölkənin səmərəli əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib: "Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq. İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik. Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcəkdir. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcəkdir".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031