SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri ilə görüşüb-FOTO, YENİLƏNİB

İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri ilə görüşüb-FOTO, YENİLƏNİB
1-10-2022, 12:05

Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031