SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan iki konvensiyaya Ermənistana münasibətdə qeyd-şərtlə qoşulub

Azərbaycan iki konvensiyaya Ermənistana münasibətdə qeyd-şərtlə qoşulub
30-09-2022, 11:29

Azərbaycan iki konvensiyaya Ermənistana münasibətdə qeyd-şərtlə qoşulub.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını nəzərdə tutur.

Qeyd olunub ki, konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Daha sonra “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi də Milli Məclisin bugünkü iclasında müzakirə edilib.

Bildirilib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə (konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər) qoşulur.

Müzakirələrdən sonra sənədlər təsdiqlənib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031