SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib
29-09-2022, 14:24

Azərbaycanın Almaniyadakı yeni səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Almaniya Prezidenti səfirlə söhbət edib.

Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər.

Səfir N.Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Almaniyanın dövlət başçısına çatdırıb. Diplomat Azərbaycanın Almaniyada səfiri kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Almaniya Prezidenti Frank-Valter Staynmayer öz növbəsində Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, regional təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Almaniya Prezidentinin Berlindəki Bellevue İqamətgahında keçirilən mərasimdə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031