SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib

Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib
22-09-2022, 20:22

Ombudsman Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib.

Ombudsman Aparatından NAXCİVANXEBERLERİ.COM-a daxil olan məlumatda deyilir:

"22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuş, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib.

Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir.

Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti şəkildə qınamağa çağırıram".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930