SON DƏQİQƏ

naxcivanxeberleri.com

MEDEF-in prezidenti Azərbaycana gələcək

MEDEF-in prezidenti Azərbaycana gələcək
28-05-2019, 18:00

Fransanın yerli şirkətlərini təmsil edən nümayəndə heyəti Azərbaycana gələcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, səfər 10-12 iyulda baş tutacaq.

Nümayəndə heyətinə Fransa Sahibkarlar Təşkilatının (MEDEF) prezidenti Jofra Ru Bezyö (Geoffroy Roux Bezieuz), Beynəxalq Fransa Sahibkarlar Təşkilatının (MEDEF İnternational) vitse-prezidenti, Fransa-Azərbaycan Şurasının prezidenti və SUEZ şirkətinin baş direktorunun müavini Mari-Anj Debon (Marie-Ange Debon) və müxtəlif şirkətlərinin nümayəndələri daxildir.

Səfər fransız şirkətlərinin Azərbaycanda müntəzəm və davamlı fəaliyyətlərinnin, qarşılıqlı təcrübə mübadilələrinin və müxtəlif sektorlar üzrə əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyır.

Xatırladaq ki, Beynəxalq Fransa Sahibkarlar Təşkilatı nəzdində Fransa-Azərbaycan Şurası 1992-ci ildən fəaliyyət göstərir. O vaxtdan, xüsusilə son on ildə Şura Azərbaycanda çoxalmaqda olan fransız şirkətlərinin yararlana biləcəyi çoxsaylı təşəbbüs və tədbirlər görüb. Şura fransız şirkətlərini Azərbaycanda müxtəlif sekorlar üzrə imkanlar barədə, fəaliyyət sahələrinin strukturu və sair barədə vaxtaşırı məlumatlandırır, hüquqi məsləhətlər verir və beləliklə ikitərəfli əlaqələrin gücləndirilməsinə çalışır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031