SON DƏQİQƏ

11:55 - Rumıniya Prezidenti: “SGC Avropanın enerji təhlükəsizliyinin təminatında strateji əhəmiyyətini sübuta yetirib”

11:47 - İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib-FOTO

11:44 - Prezident: "Biz qaz təchizatının artırılması ilə bağlı əlavə imkanların yaradılması haqqında düşünürük"

11:32 - Moskvada əlverişsiz hava şəraiti səbəbindən 54 reys gecikib və ya ləğv edilib

11:24 - Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub-FOTO

11:17 - Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"

11:13 - Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib-FOTO

11:07 - Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı qonşu ölkələrə qaz təchizatının genişləndirilməsinə şərait yaradır

11:00 - Küləkli və yağıntılı hava şəraiti bu gün axşamadək davam edəcək - FAKTİKİ HAVA

10:52 - Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib-SƏRƏNCAM

10:47 - İlham Əliyev: "Avropaya qaz ixracımızı artırmaq üçün resurslarımız, qarşılıqlı siyasi iradəmiz və yüksək səviyyədə etimadımız var"

10:44 - Prezident: "Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"

10:41 - Prezident: "Bu enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"

10:37 - Azərbaycan neftinin qiyməti aşağı düşüb

10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"

naxcivanxeberleri.com

Azərbaycan dövlət başçısı BƏƏ Prezidentini təbrik edib

Azərbaycan dövlət başçısı BƏƏ Prezidentini təbrik edib
1-09-2022, 11:42

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ölkənizlə İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.

Bu gün aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. OPEC+ çərçivəsində işbirliyimizin səviyyəsi təqdirəlayiqdir. Eyni zamanda bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti bizi sevindirir. Dost ölkənizin “Masdar” şirkəti tərəfindən “Qaradağ Günəş Elektrik Stansiyası”nın inşası iqtisadi əlaqələrimizin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Birləşmiş Ərəb Əmirliklərinin xalqına daim rifah və firavanlıq diləyirəm".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728