SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda Böyük Britaniyanın təxminən 500 şirkəti fəaliyyət göstərir - Səfir

Azərbaycanda Böyük Britaniyanın təxminən 500 şirkəti fəaliyyət göstərir - Səfir
27-05-2019, 11:17

Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Diplomat bildirib: "Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Bu rəqəm dəqiq deyil, tez-tez dəyişir. Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir. Bakıda Böyük Britaniyanın böyük biznes ictimaiyyəti var. Burada artıq 20-25 ildir yaşayan vətəndaşlarımız var. Onlar həmişə Bakının günü-gündən müsbətə doğru dəyişdiyini, inkişaf ediyini deyirlər".

K.Krofts daha sonra qeyd edib ki, Bakı yalnız möhtəşəm idman yarışları deyil, həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir yerdir:

"Bakıda danışarkən, biz artıq beynəlxalq standartlardan danışmış oluruq".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031