SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səfirlik: Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib

Səfirlik: Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib
26-05-2019, 18:10

Azərbaycanın Fransadakı Səfirliyi İngiltərənin "Arsenal" klubunda çıxış edən Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtina etməsinə, bununla bağlı yayılan yalan məlumatlara münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, səfirliyin yaydığı bəyanatda Azərbaycanın erməni futbolçunun Bakıya gəlişinə icazə verməməsi haqqında yayılan fikirlərin yalan olduğu qeyd edilir. Bəyanatda bildirirlir: "Erməni futbolçusu "Arsenal" ilə "Çelsi" klublarının Bakıda keçiriləcək son oyununa qatılmaqdan itmina edib və bu onun ilk imtinası deyil. Futbolçu bundan əvvəl də iki dəfə Bakıya gəlməkdən imtina edib. O, 2015-ci ildə Bakıda keçirilmiş "Borussiya Dortmund" - "Qəbələ" və 2018-ci ildə keçirilmiş "Arsenal" - "Qarabağ" komandalarının oyunlarında iştirak etməkdən imtina edib".

Bəyanatda bildirilir ki, futbolçunun bu qərarı onun siyasi fikirlərindən irəli gəlir: "Mxitaryan iki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib. O, üç dəfə isə Azərbaycanın işğal olunmuş ərazilərində olub. Mxtiaryan qondarma Qarabağ rejimi orqanlarının medalı ilə təltif edilib. Bunlar göstərir ki, futbolçu siyasi mövqeyə malikdir və o bu siyasi mövqeyini futbol karyerasına daxil edib. Öz istəyi ilə Azərbaycancana gəlməkdən vaz keçən oyunçu, bu qərarının məcburi surətdə qəbul etdiyini nümayiş etdirməyə çalışır. Görünür ki, ictimai əlaqələrini gücləndirmək üçün ona belə daha çox sərf edir".

Bəyanatda bildirilir ki, Azərbaycanın hakimiyyət futbolçunun təhlükəsizliyinə rəsmi surətdə zəmanət verib.

Sənəddə həmçinin Mxitaryanın Bakıya getməkdən imtina etdiyi bir vaxtda iki erməni idmançının Bakıda olduğu deyilir və onlar haqqında ətraflı məlumat verilir.

Bəyanatda idmançılardan əlavə, Ermənistan siyasi partiyalarının, Ermənistan parlamentinin təmsilçilərinin də Azərbaycanda oduqları haqqında məlumat verilir, onların nəinki təhlükəsizliyinə heç bir təhdidin olmadığı, hətta səfərlərdən razı qayıtdıqları da bildirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930