SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycan dilində danışıb

Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycan dilində danışıb
16-08-2022, 14:56

Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycanda dilində danışıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, səfiri salamlayan Prezident İlham Əliyev deyib:

"Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930