SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səfir: "Türkmənistan qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir"

Səfir: "Türkmənistan qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir"
16-08-2022, 14:41

"Azərbaycanda səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşməkdən məmnunluq duyuram. Əcdadlarımızın dost, qardaş kimi yanbayan yaşamalarını nəzərə alaraq, bizim münasibətləri çoxəsrlik münasibətlər kimi qiymətləndirmək olar. Türkmənistan öz qonşuları ilə yaxşı münasibətləri xüsusi qiymətləndirir və qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu sözləri Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Azərbaycan-Türkmənistan münasibətlərinin həm də strateji xarakter daşıdğını qeyd edən səfir bildirib: “Qarşılıqlı səfərlər, ayrı-ayrı sahələr üzrə imzalanmış sənədlər, həm də həyata keçirilmiş bir çox layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayır. Siyasi, iqtisadi sahələrdə qarşılıqlı faydalı işlər görülüb. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə faydalı işlər icra edilir. Biz bu işlərlə fəxr edirik”.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930