SON DƏQİQƏ

naxcivanxeberleri.com

Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25-05-2019, 15:14

Respublika Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilir, sənədli və bədii filmlər nümayiş olunur.

Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə Gəncə Qarnizonu və Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzləri, rayon mədəniyyət müəssisələri kollektivlərinin təqdim etdiyi bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930