SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”

Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”
9-08-2022, 17:20

"Şuşa Bəyannaməsi artıq mövcud olan qardaşlıq və müttəfiqlik səviyyəsini rəsmiləşdirdi. O, həm bizim, həm də Türkiyənin daxili qanunvericiliyinin önəmli parçası oldu. Bu artıq gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir".

NAXCİVANXEBERLERİ.COM “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“15 iyun 2021-ci il tarixində Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Bununla da rəsmən Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. Ancaq mən düşünürəm ki, bir qədər öncəki tarixə nəzər salsaq, Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixə malik olduğunu görərik. Bu qardaşlıqdır, ortaq etnik mədəniyyət bağlarıdır. Lakin biz son 30 ildən az olan müddət ərzində iki müstəqil dövlət olaraq münasibətlərimizin inkişafına baxsaq görərik ki, nə qədər böyük və sürətli yol keçmişik. Azərbaycan-Türkiyə münasibətləri olduqca müsbət və intensiv inkişaf edirdi. Bunlar hamısı göz önündə idi və bütün sahələrdə çox ciddi bir yaxınlaşma, çox ciddi bir əməkdaşlıq mövcud idi”, - XİN başçısı vurğulayıb.

O qeyd edib ki, bütün bunlarla yanaşı 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında olub.

Nazir vurğulayıb ki, nəinki sülh, hətta savaş zamanı da Türkiyənin Azərbaycana göstərdiyi dəstək ən yüksək səviyyədə olub. C.Bayramov söyləyib ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə rəsmiləri, siyasi partiyaları, Türkiyə Böyük Millət Məclisi üzvləri, bütün türk milləti 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında oldu:

“Bu bir daha da onu sübut etdi ki, Azərbaycanla Türkiyə arasında olan münasibətlər sözün əsl mənasında dünya çapında bənzərsiz səviyyəyə yüksəlib. Bilirsiniz ki, bir-birinə yaxın olan, etnik, mədəni, dini yaxınlığı olan qonşu ölkələr çoxdur. Ancaq Türkiyə-Azərbaycan arasında olan yaxın münasibətlərin başqa bir nümunəsi yoxdur və Şuşa Bəyannaməsi artıq mövcud olan qardaşlıq və müttəfiqlik səviyyəsini rəsmiləşdirdi. Həmin o saziş həm Türkiyə, həm də Azərbaycan parlamentində ratifikasiya edilib. O, həm bizim, həm də Türkiyənin daxili qanunvericiliyinin önəmli parçası oldu. Bu artıq gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930