SON DƏQİQƏ

naxcivanxeberleri.com

XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"

XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"
9-08-2022, 17:05

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın bəzi maddələri icra olunub”.

NAXCİVANXEBERLERİ.COM “TRT Haber" istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın. Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, sülhməramlıların regiona gəlişinə paralel olaraq erməni hərbçiləri ərazini tərk etməlidir. 2020-ci ilin dekabr ayına qədər Ermənistan hərbi birləşmələri Qarabağdan tam çıxmalı idi. Lakin bu, indiyədək tam başa çatdırılmayıb. Azərbaycan bu maddənin icrasında israrlıdır. Və biz bunu Ermənistandan tələb edirik”, - o bildirib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930