SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"

İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
9-08-2022, 16:37

"Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir. Komanda hesabında birinci olmuşdur".

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Eyni zamanda Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu oyunlar həm idman yarışıdır, həm də müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən bir amildir", - dövlət başçısı vurğulayıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930