SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT BA-nın keçmiş prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

BMT BA-nın keçmiş prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
9-08-2022, 13:05

BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə 2014-2015, 2015-2016-cı illərdə naziri vəzifəsində çalışmış Volkan Bozkır Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda Türkiyə Büyük Millət Məclisinin üzvü olan Volkan Bozkır 1992-1996-cı illərdə Prezident Turqut Özal və Prezident Süleyman Dəmirəlin kabinet rəhbəri və xarici əlaqələr üzrə müşaviri, Türkiyənin 2005-2009-cu illərdə Avropa Birliyindəki səfiri çalışıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Həmçinin Nizami Gəncəvinin ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət alimlər şəbəkəsi formalaşdırılmışdır. Mərkəz qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930