SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib-YENİLƏNİB

Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib-YENİLƏNİB
6-08-2022, 22:37

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqustda Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və ölkəmizlə həmrəylik ifadə edib.

Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930