18:28 - Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq
17:52 - Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb
17:32 - “Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO
17:26 - XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib
17:23 - Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb
17:20 - Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”
17:17 - Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb
17:09 - Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir"
17:05 - XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"
17:01 - Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"
16:55 - Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
16:44 - İlham Əliyev: "Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı yüksəklərdə olacaq"
16:37 - İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
16:33 - Azərbaycan lideri: "Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır"
Türkiyədə dərnək və media qurumları Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb
Türkiyədə fəaliyyət göstərən Azərbaycan, Türkiyə və Pakistan dərnəkləri, eləcə də media qurumları ölkəmizin Londondakı səfirliyinə edilən hücumla bağlı birgə bəyanat yayıb.
Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə koordinatorluğundan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, bəyanat adıçəkilən qurum, Qarabağ Azərbaycandır Koordinasiya Dərnəyi, Bursa Arena E-Xəbər, RUBASAM Strateji Araşdırmalar Mərkəzi, Milliyyətçi Həkimlər Dərnəyi, Dünya Avşarlar Dərnəyi, 7 Türk Birliyi E xəbər saytı, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD), TÜRKFAM -Türkşünaslıq və İntellektual Araşdırmalar Mərkəzi, Anadolu Aydınlar Ocağı, Türkiyə-Azərbaycan Nəhəng Qardaşlıq, Dostluq və Strategiya Platforması, Türkiyədəki Pakistanlı Tələbələr Dərnəyinin imzası ilə yayımlanıb.
Bəyanatda deyilir: “Azərbaycanın Londondakı səfirliyinə hücum olub. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini qrup tərəfindən hücuma məruz qalıb. Radikal dini vandalizm qrupunun üzvləri səfirliyin binasına daxil olaraq Azərbaycan bayrağını endirib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb.
Bu hadisə diplomatların və diplomatik binaların təhlükəsizliyinə açıq şəkildə xələl yetirən, Vyana Konvensiyasına zidd vandalizm aktıdır.
Dünya mədəniyyətinin mərkəzi hesab edilən Avropanın ortasında Azərbaycan səfirliyinə qarşı edilən bu hücumu, o cümlədən milyonlarla insanın uğrunda canını, qanını fəda etdiyi Azərbaycan bayrağına qarşı törədilən bu xain terroru şiddətlə qınayır, sözügedən hadisənin dərindən araşdırılmasını tələb edirik”.