00:05 - Günün qoroskopu-12.08.2022
23:30 - Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...
22:23 - Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
21:26 - Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
20:41 - Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
19:50 - Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
19:09 - Avropada təbii qazın qiyməti artıb
18:48 - Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb
18:30 - Çexiya çempionunun oyunu "Qarabağ"a görə təxirə salınıb
17:41 - DSX-nin yeni xüsusi təyinatlıları and içib
17:05 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:00 - Azərbaycanda son sutkada 488 nəfər koronavirusa yoluxub
16:44 - Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
16:28 - Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək
16:09 - Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb
Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahın açıqlamasına münasibət bildirib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verməsini şərh edib:
"Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat, birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır.
Bu, Ermənistanın 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır. Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən, bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik.
Hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda, Ermənistan tərəfinin belə bir yanaşması, sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir.
Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.
Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür".