SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
29-06-2022, 14:12

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 29-da Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Nuaimi ilə görüşüb.

Nazirlər Kabinetindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Qətər əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Nazirlər Kabineti Aparatının struktur rəhbərləri iştirak ediblər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031