SON DƏQQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov BMTİP-in Azərbaycandakı yeni rezident nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov BMTİP-in Azərbaycandakı yeni rezident nümayəndəsini qəbul edib
22-05-2019, 18:27

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT İnkişaf Proqramının Azərbaycan Respublikasına yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib.

XİN-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir A.Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. E.Məmmədyarov Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayıb və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Öz növbəsində, A.Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verib və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930