SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azad edilən ərazilərdə küçə və yolların işıqlandırılmasında yaşıl texnologiyalar tətbiq ediləcək

Azad edilən ərazilərdə küçə və yolların işıqlandırılmasında yaşıl texnologiyalar tətbiq ediləcək
22-06-2022, 16:41

Küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblər müəyyən ediləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC, yerli icra hakimiyyəti Orqanları ilə birlikdə küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi üçün 2022-2023-cü illərdə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsini təmin etməlidir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031