SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21-05-2019, 09:40

Mayın 22-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberidir.

Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji forumu da keçiriləcək. Forumda Energetika naziri Pərviz Şahbazovun çıxışı, neft-qaz sektorunun, bərpa olunan enerji sahəsinin inkişafı, eləcə də Azərbaycanda enerji islahatlarına dair təqdimatlar nəzərdə tutulub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031