23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
11:30 - Yağıntılı hava şəraiti iyulun 5-dək davam edəcək
11:10 - Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin tikinti işləri ilə tanış olublar-FOTO, YENİLƏNİB
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.
Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin restavrasiyası işləri sürətlə davam etdirilir.
Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.