SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov: "Ukraynadakı vəziyyət çox böyük narahatlıq doğurur"

Ceyhun Bayramov: "Ukraynadakı vəziyyət çox böyük narahatlıq doğurur"
25-05-2022, 19:56

"Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.

“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri mövcuddur, burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində hər iki ölkənin başçısı ilə telefon danışıqları olub", - nazir qeyd edib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur:

"Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunması tərəfdarıdır. Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir".

"Qeyd etmək istərdim ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən ölkələr sırasında olub. Bu günədək tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım göstərilib”, - nazir əlavə edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930