17:18 - Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
17:12 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO, YENİLƏNİB
17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
Ceyhun Bayramov: "Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır"
"Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır".
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoqdan danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub: "Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır. Biz bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq".