SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin növbəti iclasının Suxumidə keçirilməsi təklif edilib

Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin növbəti iclasının Suxumidə keçirilməsi təklif edilib
22-05-2022, 15:22

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclasının Gürcüstanın Suxumi şəhərində keçirilməsi təklif edilib.

NAXCİVANXEBERLERİ.COM-un əldə etdiyi məlumata görə, bu təkliflə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclasında çıxış edib.

O təklif edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclası gələn il Suxumi şəhərində keçirilsin.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri Şuşa şəhərində VII üçtərəfli iclas keçiriblər. Toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930