SON DƏQİQƏ

naxcivanxeberleri.com

Taleh Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Taleh Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
18-05-2019, 16:40

Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd dək ki, T.Qaraşov 1959-cu ilin may ayının 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub.

1991-1996-cı illərdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Mayın 20-də onun 60 yaşı tamam olur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30