SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək

Azərbaycanın Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək
17-05-2019, 10:45

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov sabah Səudiyyə Ərəbistanına səfər edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazir mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında iştirak edəcək.

İclasda qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın aprel ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı nəzərdən keçiriləcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30