SON DƏQİQƏ

naxcivanxeberleri.com

Novruz Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti ilə görüşüb

Novruz Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti ilə görüşüb
15-05-2019, 19:00

Baş Nazir Novruz Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, N.Məmmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunun əhəmiyyətindən bəhs edərək bu tədbirin Azərbaycan üçün də mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.

“Hesab edirəm ki, bu Forum, burada aparılan müzakirələr Azərbaycanda bu istiqamətdə görülən işlərə də öz töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiasiyasının fəaliyyətində yaxından iştirak etdiyini qeyd edən Baş Nazir ölkəmizdə sosial sahədə görülən işlər barədə qonağa məlumat verib.

Bildirib ki, Azərbaycan hökuməti fəaliyyətində sosial məsələlərə hər zaman diqqətlə yanaşır. Həmçinin ölkədə dövlət büdcəsi formalaşdırılarkən onun sosialyönümlü olmasına xüsusi önəm verilir.

Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə, o cümlədən sosial sahədə reallaşdırılan islahatlardan, atılan addımlardan bəhs edən Novruz Məmmədov bildirib ki, Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması müxtəlif sosial xidmətlərin vətəndaşlara tam şəffaf və operativ şəkildə, yüksək keyfiyyətlə təqdim olunmasını təmin edir.
Yoakim Bröyer Forumun təşkilinə göstərilən dəstəyə, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda sosial sahədə atılan addımları yüsək qiymətləndirərək, bu istiqamətdə görülən işlərin yüksək siyasi iradə sayəsində mümkün olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda sosial təminat sahəsində ciddi uğurlara imza atılıb, bu istiqamətdə mövcud ideyaların reallaşması üçün əməli işlər görülür. “DOST” mərkəzində olduğunu, oradan çox müsbət təəssüratlarla ayrıldığını bildirən Yoakim Bröyer Azərbaycanın bu layihəsinin dünya miqyasında uğurlu yenilik olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031