SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransanın Lion şəhərində Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Fransanın Lion şəhərində Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
15-05-2019, 18:23

14-15 may 2019-cu ildə Fransanın Lion şəhərində Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş“ Araz çayı son preistoriya dövründə (körpü, yoxsa sərhəd)” başlıqlı beynəlxalq konfrans keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Fransa Milli Araşdırmalar Mərkəzi və Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransada AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, dosent Katerine Maro, arxeoloq Savaş Sarıaltun, Nikolas Gailhard və Marie Orange tərəfindən Naxçıvanın qədim mədəniyyətləri ilə bağlı dörd məruzə edilmişdir. Məruzələrdə Naxçıvantəpədəki arxeoloji qazıntılar, Sirabçay vadisinin abidələri, Duzdağ, obsidianların tədqiqi ilə bağlı məlumat verilmişdir. Konfransdakı məruzələrin tezisləri üz qabığında Naxçıvanın panoramı yer alan kitabçada nəşr olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031