SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır
15-05-2019, 15:18

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal şəkildə çalışır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, ümumilikdə Türkiyə Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.

M.Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə üçün vacibdir.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031