SON DƏQİQƏ

naxcivanxeberleri.com

XİN başçısı: "Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla inkişaf edir"

XİN başçısı: "Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla inkişaf edir"
14-05-2019, 13:10

"Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla inkişaf edir".

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə deyib.

O, "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda keçirilən "Şərq Tərəfdaşlığı"nın 10 ili: Konkret nəticələrin əldə olunmasında uğurlar və çağırışlar" paneli çərçivəsində çıxış edib.

"Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının əsas investorudur, buna görə də hesab edirəm ki, əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparırıq. Açıq deyim ki, proses asan deyil. Mümkün qədər yüksək templərlə danışıqlar aparmağa çalışırıq. Faktiki olaraq, hər həftə sənədin ən qısa müddətdə qəbul edilməsinə yardım edən video-körpülər keçiririk. Hesab edirəm ki, bu sənəd çox vacibdir", - E.Məmmədyarov bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031