SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb
10-03-2022, 13:29

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıblar.

NAXCİVANXEBERLERİ.COM “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər aprelin 15-dən iyunun 15-dək davam edəcək.

Tədbirin keçirilməsində məqsəd döyüş peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin sıralarının ehtiyatda olan hərbi qulluqçularla komplekləşdirilməsidir.

Təlim zamanı ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaq, texnikanın gücləndirilməsi üçün istifadə olunacaq.

Əslində, Ermənistan Müdafiə Nazirliyi bu addımı çarəsizlikdən atıb. Çünki İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib, işğalçıları məğlubiyyətə uğradaraq diz çökdürüb. Nəticədə ermənilər xeyli itki verib.

Bundan başqa, istər müharibə, istərsə də atəşkəsdən sonrakı dövrdə Ermənistan ordusunda fərarilik halları geniş yayılıb. Erməni gənclər məğlub orduda xidmət etmək istəmirlər. Amma bu yalnız məğlubiyyətlə bağlı deyil, Ermənistan ordusunda rüşvət, korrupsiya, özbaşınalıq halları geniş yayılıb, maddi-texniki təminat sıfır vəziyyətindədir, şəxsi heyət arasında tez-tez silahlı insidentlər qeydə alınır, komandirlər tabeliyində olan əsgərlərə işgəncə verirlər.

İndi Ermənistan Müdafiə Nazirliyini ağır durumdan çıxış yolu axtarır. Amma ehtiyatda olan hərbçiləri təlimə çağırmaqla vəziyyət dəyişməyəcək. Çünki təlimlər Ermənistan ordusundakı acınacaqlı durumu bir daha nümayiş etdirəcək. Belə olanda isə heç kim həmin orduda xidmət etmək istəməz.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031