SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa İttifaqının komissarı Azərbaycanı nümunə göstərib

Avropa İttifaqının komissarı Azərbaycanı nümunə göstərib
13-05-2019, 21:06

“Bəzi sahələrdə qonşularımız hətta Aİ ölkələrindən belə irəli gedib. Məsələn, şirkət yaratmağın tez başa gəlməsində. Bakıda bir neçə dəqiqə ərzində internet vasitəsilə şirkət açmaq mümkün olduğu bir mərkəzdə olmuşdum. Halbuki bəzi Aİ ölkələrində belə şey hələ də yoxdur”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Brüsseldə media üçün dəyirmi masada çıxış edən Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bildirib.

"Şərq Tərəfdaşlığı" proqramının ötən 10 il ərzində həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışan komissar həmin illər ərzində proqramın iştirakçı ölkələri - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən kiçik və orta biznesin, rəqəmli iqtisadiyyatın inkişafı üçün addımlar atıldığını qeyd edib.

"Şərq Tərəfdaşlığı" ölkələri üçün rouminq haqqının ləğv olunması məsələsini araşdırdıqlarını diqqətə çatdıran Aİ rəsmisi sosial əməkdaşlıq çərçivəsində Tbilisi şəhərində ilk Avropa Məktəbinin açıldığını xatırladıb. Bundan əlavə, uğurla həyata keçirilən “Erasmus+” təhsil proqramından "Şərq Tərəfdaşlığı" ölkələrindən daha çox gəncin faydalanması üçün maliyyənin artırılmasının təklif olunduğu bildirilib.

“Enerji səmərəsinə gəlincə, son bir-iki ildə gündəmə daxil olan bu məsələ getdikcə daha çox əhəmiyyət kəsb edəcək. Təkcə iqlim dəyişikliyilə bağlı yox, həm də siyasi amillərlə bağlı, kənar tədarükçülərdən asılı olmamaq üçün”, - Y.Han qeyd edib.(Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031