SON DƏQİQƏ

naxcivanxeberleri.com

Deputatlarımız Gürcüstana gedir

Deputatlarımız Gürcüstana gedir
13-05-2019, 13:05

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Əflatun Amaşov qurumun komitə iclaslarında iştirak etmək üçün mayın 14-də Gürcüstanın Batumi şəhərinə səfər edəcəklər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Siyasi və hüquqi məsələlər komitəsinin 53-cü iclasında “QDİƏT-ə üzv ölkələrdə demokratiyanın möhkəmləndirilməsində Ombudsman institutunun rolu”, İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitənin 52-ci iclasında “Yaşıl iqtisadiyyat. Mavi artım” mövzularında müzakirələr aparılacaq, hesabat və tövsiyələrin layihələri təsdiq ediləcək.

Hər iki toplantıda QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, təşkilatın Parlament Məclisinin 2019-cu il üçün iş təqvimi, komitələrin növbəti yığıncaqlarının yeri, vaxtı və gündəliyi müəyyən olunacaq.

Deputatlarımız komitələrdə qaldırılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Səfər mayın 18-də başa çatacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031