SON DƏQİQƏ

naxcivanxeberleri.com

XİN: Ermənistanın xarici işlər naziri ölkəsinin təcavüzkar və işğalçı siyasətini “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir

XİN: Ermənistanın xarici işlər naziri ölkəsinin təcavüzkar və işğalçı siyasətini “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir
13-05-2019, 11:25

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsini şərh edərkən deyib.

L.Abdullayeva qeyd edib ki, Zöhrab Mnatsakanyanın müsahibəsindən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir: "Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir. Azərbaycanın ərazilərinin işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik system və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031