SON DƏQİQƏ

naxcivanxeberleri.com

Marius Vizer: "Cüdo üzrə Azərbaycan millisi Tokio olimpiadasında özünün ən yaxşı nəticəsini göstərəcək"

Marius Vizer: "Cüdo üzrə Azərbaycan millisi Tokio olimpiadasında özünün ən yaxşı nəticəsini göstərəcək"
13-05-2019, 09:27

"Azərbaycan Cüdo Federasiyası və dövləti həmişə cüdo tədbirlərini yüksək səviyyədə keçirir. Bu, uzun müddətdir belədir".

[b]NAXCİVANXEBERLERİ.COM[/b]-un məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Bakıda keçirilmiş Böyük Dəbilqə yarışından sonra jurnalistlərə açıqlamasında deyib.

Rumıniyalı funksioner bildirib ki, sonuncu dəfə belə möhtəşəm təşkilatçılığa ötən il Bakıda keçirilmiş dünya çempionatında şahidlik ediblər: "Həmçinin ənənəvi “Böyük Dəbilqə” turnirləri də Bakıda möhtəşəm keçirilir. Buna görə də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevi və onun komandasını, eləcə də gənclər və idman naziri Azad Rəhimovu təbrik edirəm. Azərbaycan hökuməti belə yarışların keçirilməsində hər zaman dəstək olur. Bu da cüdonun inkişafında rol oynayır".

Vizerin fikrincə, "Böyük Dəbilqə"də 7 medal qazanan Azərbaycan millisi düzgün yoldadır: "Bu komanda düzgün hazırlıq keçib, nəticələr də bunu göstərir. Məncə, Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında özünün ən yaxşı nəticəsini göstərəcək".

IJF prezidenti Böyük Dəbilqənin gələn il də Bakıda keçiriləcəyini söyləyib: "Bizim sizin federasiya ilə müqaviləmiz mövcuddur".

Sonda Vizer cüdodakı hazırkı qaydaların Tokio olimpiadasınadək dəyişməyəcəyini diqqətə çatdırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031