00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Türkiyə nüvə enerjisini inkişaf etdirməkdə qərarlıdır - Ərdoğan
Türkiyə nüvə enerjisini sülh məqsədləri üçün inkişaf etdirməkdə qərarlıdır.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gənc Sahibkarları Konfederasiyasının toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı müasir dünyada enerji resurslarının əhəmiyyətinə diqqət çəkib. R.T.Ərdoğan xatırladıb ki, dünya bazarlarında qiymətlərin kəskin artmasının səbəbi əsasən qaz, neft və kömür də daxil olmaqla enerji qiymətlərinin artmasıdır.
Türkiyə Prezidenti qeyd edib ki, Mersindəki "Akkuyu" AES-dən sonra Türkiyə ikinci atom elektrik stansiyası layihəsinə start verəcək.
"Enerji layihələrində təxribat törətməyə çalışanlar vətəndaşların və iqtisadiyyatın mənafeyinə və iradəsinə zidd fəaliyyət göstərirlər. Belə addımlarda iştirak edənlər xalq qarşısında cavab verəcəklər", - deyə Türkiyə Prezidenti bildirib.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə hakimiyyəti ölkəni dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil etməyi hədəfləyir. "Türkiyə addım-addım qoyduğu hədəfə yaxınlaşır. Ölkəmiz qlobal istehsal və ixracın tanınmış mərkəzinə çevrilir", - deyə Türkiyə Prezidenti bildirib.