SON DƏQİQƏ

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

naxcivanxeberleri.com

Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib
22-01-2022, 19:27

Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF), Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkələrimizin Dövlət himnləri səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbirdə TADƏHF rəhbəri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Elçi Allahverdiyev, TRT İdarə Heyətinin üzvü Oğuzxan Bilgin, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, professor Əmirullah Mehmetov, Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) sədri Yüksəl Özkale və Türk Dünyası Parlamentarlar Fondunun sədri Abdullah Çalışqan çıxış ediblər.

Natiqlər sovet hakimiyyətinin son illərində Azərbaycan xalqına qarşı həyata keçirilən qərəzli, qəddar və ermənipərəst siyasətin səbəb və məqsədlərindən, Mixail Qorbaçovun başçılıq etdiyi imperiya rəhbərliyinin xalqımızın milli azadlıq ruhunu boğmaq cəhdindən danışıblar. Qanlı Yanvar faciəsi ilə bağlı acı təəssüratlarını bölüşən tədbir iştirakçıları həmin dönəmdə bu dəhşətli və amansız cinayətin qardaş Türkiyədə dərin narahatlıq yaratdığını xatırladıblar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Qələbənin əhəmiyyətini xüsusi vurğulayan natiqlər bu əlamətdar hadisəni xalqımızın azadlıq və müstəqillik arzularının nəticəsi kimi dəyərləndiriblər.

Sonra sovet qoşun birləşmələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayəti ifşa edən fotolent nümayiş olunub.

Tədbir çərçivəsində Şuşa Konfrans Mərkəzində 20 Yanvar faciəsinin dəhşətli anlarını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031