11:24 - Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub-FOTO
11:17 - Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"
11:13 - Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib-FOTO
11:00 - Küləkli və yağıntılı hava şəraiti bu gün axşamadək davam edəcək - FAKTİKİ HAVA
10:52 - Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib-SƏRƏNCAM
10:44 - Prezident: "Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"
10:41 - Prezident: "Bu enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"
10:37 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"
10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"
10:16 - “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul edib.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov iki dost dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ötən il Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayan nazir bu ölkənin xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib. Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın bu yaxınlarda Ər-Riyad şəhərində keçirilmiş iclasının münasibətlərin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Nazir Ceyhun Bayramov, Səudiyyə Ərəbistanı xarici işlər nazirini Azərbaycanda görməkdən məmnun olacağını bildirib.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.