SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

DİN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
10-05-2019, 09:08

Mayın 9-da Daxili İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək ulu öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıb.

O, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.

Nazir müavini bu dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları ulu öndərin mənalı ömür yolundan və möhtəşəm fəaliyyətindən bəhs edən, Azərbaycan Dövlət Televiziyasının istehsalı olan «Vətənə, xalqa həsr edilən ömür» adlı sənədli filmə baxıblar.



DİN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
DİN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031