SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini rədd edib - Elnur Məmmədov

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini rədd edib - Elnur Məmmədov
8-12-2021, 12:30

Oktyabrda keçirilmiş dinləmələr zamanı Ermənistanın qaldırdığı məsələlərdən biri erməni əsilli şəxslərin buraxılması ilə bağlı idi. Digər məsələ isə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanması tələbi idi.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.

E.Məmmədov bildirib ki, məhkəmə Ermənistanın həmin iddialarını təmin etsəydi, bu, Yerevana siyasi xal qazandıra biləcək qərarlar ola bilərdi. Lakin bu vəsatətlər də rədd edildi.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31