SON DƏQİQƏ

naxcivanxeberleri.com

30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb - Azərbaycan XİN

30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb - Azərbaycan XİN
2-12-2021, 20:01

30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişə başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı fəaliyyətə başlayıb.

"Təkcə bu il dövlət büdcəsindən 1,3 milyard vəsait ayrılıb. Nəqliyyat infrastrukturu tikilir, işğal zamanı Ermənistan tərəfindən dağıdılmış mədəniyyət və dini obyektlər bərpa olunur", - Bayramov bildirib.

O vurğulayıb ki, bu ərazilərdə işğalın bütün izləri aradan qaldırılır və normal həyata qayıtmaq üçün tədbirlər görülür.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31