SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
2-12-2021, 19:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31