SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşüb
2-12-2021, 16:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Svetlan Stoev ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, görüşdə nazirlər Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər.

Tərəflər həmçinin iki ölkə arasında siyasi, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, növbəti ilin diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

Bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı nazirlər Cənub Qaz Dəhlizinin Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar.

C.Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması imkanının movcud olduğu və bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar qeyd edilib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31