SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rəcəb Tayyib Ərdoğan: "Bölgədə sülhün hakim olmasına tərəfdarıq"

Rəcəb Tayyib Ərdoğan: "Bölgədə sülhün hakim olmasına tərəfdarıq"
29-11-2021, 16:09

"Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik edəcəyini istisna etmir".

NAXCİVANXEBERLERİ.COM “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Türkmənistana işgüzar səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirib.

Ukrayna ilə Rusiya sərhədindəki vəziyyətin təhlükəli həddə çatması və Türkiyənin iki ölkə arasında vasitəçilik etməsi ehtimalına dair suala cavab verən dövlət başçısı deyib:

“Bizim mövqeyimiz bəllidir. Xüsusilə başda Krım türklərilə əlaqədar yanaşma olmaq şərtilə bölgədə barışın olmasına tərəfdarıq. Dost Rusiya və xüsusilə cənab Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik və edirik də. Arzumuz odur ki, bu bölgə müharibənin yox, sülhün hakim olduğu bölgə olaraq gələcəyə yürüsün. Bununla bağlı vasitəçilik olar, tərəflərlə müzakirələr olar. İstər Ukrayna ilə, istərsə də cənab Putinlə müzakirələri davam etdirərək, gələcəkdə məsələnin həllində bizim də payımızın olmasını istərdik”.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31