SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətən müharibəsi zamanı Ermənistan Yunanıstandan olan hakerlərdən dəstək alıb

Vətən müharibəsi zamanı Ermənistan Yunanıstandan olan hakerlərdən dəstək alıb
29-11-2021, 12:41

44 günlük Vətən müharibəsi dövründə Ermənistan bir sıra ölkələrin xüsusən də Yunanıstandan olan hakerlərdən dəstək alıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Bakıda keçirilən kibertəhlükəsizlik konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

T.Məmmədovun sözlərinə görə, bu tipli dəstəklər əsasən rusdilli kontentdən əldə edilirdi:

"44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına 2 678 hücum həyata keçirilib ki, onlarında hamısının uğurla qarşısı alınıb. Müharibənin ilk günlərində "DDoS" hücumlar oldu və bu hücumlar müharibənin sonuna qədər davam elədi. Həmçinin onlar "fishing" hücumlar həyata keçirirdilər ki, məqsəd insanları çaşdırmaqdan ibarət idi. Bu baxımdan onlar tez-tez dezinformasiyalardan da istifadə edirdilər".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31