SON DƏQİQƏ

naxcivanxeberleri.com

G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar

G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
29-11-2021, 13:49

"Böyük yeddilik" (G7) ölkələrinin səhiyyə nazirləri koronavirusun yeni "omikron" ştammının yayılması fonunda bu gün fövqəladə iclas keçirəcəklər.

NAXCİVANXEBERLERİ.COM-un "Sky News"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31