SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan ilə Acarıstan MR arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Acarıstan MR arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
4-05-2019, 16:34

Azərbaycanın turizm şirkətlərinin nümayəndələri Gürcüstanın Acarıstan Muxtar Respublikasında səfərdədir.

Azərbaycanın Batumidəki Baş Konsulluğundan bildiriblər ki, səfər çərçivəsində ölkəmizi təmsil edən şirkətlərin təmsilçiləri Acarıstanın turizm potensialı ilə tanış olurlar.

Keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nümayəndə heyətimizin üzvləri Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı və artan turizm potensialı barədə acarıstanlı həmkarlarına ətraflı məlumat veriblər.

Qarşılıqlı olaraq turist səfərlərinin təşkili barədə razılıq əldə olunub.

Azərbaycandan gələn qonaqlar Batumi şəhərinin turizm məkanları, mehmanxana infrastrukturu ilə tanış olublar. Onların Acarıstanın bölgələrinə səfərləri də nəzərdə tutulub. AZƏRTAC

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031